Xəzər Xəbər

ƏMƏLİYYAT: Bakıda bir gündə narkotiklə bağlı 104 fakt aşkarlanıb VİDEO

Veb TV | 14:39 • 19 Oktyabr 2023
ƏMƏLİYYAT: Bakıda bir gündə narkotiklə bağlı 104 fakt aşkarlanıb

Paytaxtda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.

DİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. 

Oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar