Xəzər Xəbər

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir VİDEO

Veb TV | 11:00 • 19 Oktyabr 2023
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

Xezerxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024