Xəzər Xəbər

Məhkəmədə Xaçaturyanın çirkin əməlləri ÜZƏ ÇIXIR VİDEO

Veb TV | 21:00 • 18 Oktyabr 2023
Məhkəmədə Xaçaturyanın çirkin əməlləri ÜZƏ ÇIXIR

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirlib.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev tərəflərə bir daha hüquqlarını izah edib. Proses zərərçəkmiş və hüquqi varislərin dindirilməsi ilə davam edib. Zərərçəkənlər Meşəli hadisələrinə Vaqif Xaçatryanın rəhbərlik etdiyini vurğulayıblar. Vaqifi şəxsən tanıyan zərəçəkmişlərdən biri də Şamil Kazımovdur. O deyir ki, qardaşını güllələyən Vaqif Xaçatryan olub.

Məhkəmə zamanı dindirilən digər zərərçəkmişlər də Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduqlarını bildirdilər.

Vaqif Xaçatryan isə onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu, Daşnaksütyun partiyasının üzvləri olduqlarını deyib. O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Vaqif Xaçatryan deyib ki, meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb. Həmin dəstənin başçıları Xankəndidən olub, onların adlarını bilməyib. Proses oktyabrın 24-də davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar