Xəzər Xəbər

Avropa Parlamentinin çirkin erməni aləti... VİDEO

Veb TV | 21:07 • 18 Oktyabr 2023
Avropa Parlamentinin çirkin erməni aləti...

Avropa Parlamenti qismində bütün qərəzli beynəlxalq subyektlər çirkin məqsədlərini həyata keçirmək üçün ənənəvi erməni alətindən istifadə edirlər.

Xezerxeber.az xəbər verir ki, Paşinyanın Avropa Parlamentində Azərbaycanla bağlı çıxışı, əslində Avropa İttifaqının ölkəmizə qarşı riyakar fəaliyyətini bir daha sübut etdi.

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Paşinyana xüsusi münasibətin göstərilməsi Avropanın ikiüzlü siyasətini də nümayiş etdirmiş oldu.

Bəhruz Məhərrəmov qeyd edib ki, Avropa İttifaqı həqiqətən insan haqları məsələsində səmimidirsə, niyə Ermənistanda insan haqlarının dəfələrlə pozulması ilə bağlı bəyanat verməyib? Antiterror tədbirlərindən sonra Ermənistan hökumətinin istefasını tələb edən etirazçılara qarşı polis tərəfindən zor tətbiq olunub, sabiq prezident Robert Koçaryanın oğlu Levon Koçaryanın döyülərək polis maşınına otuzdurulması görüntüləri yayılıb. Amma qərb ağzına su alıb oturmaqla məşğuldur.

Deputat vurğulayıb ki, bütün bunlar Avropa Parlamentinin necə çirkab yuvası olduğunu göstərir. Azərbaycanda elə bir geosiyasi konfqruasiya formalaşdırılıb ki, istər Avropa parlamenti, istərsə də Fransa bu bölgənin yalnız sərhədlərindən çox  uzaqdan bura baxa bilər. Onların bölgəyə artıq təsir imkanıarı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar