Xəzər Xəbər

Paytaxtın mərkəzində XAOTİK PARKİNQ VİDEO

Veb TV | 21:30 • 18 Oktyabr 2023
Paytaxtın mərkəzində XAOTİK PARKİNQ

Paytaxtın Nərimanov rayonu, Fəxrəddin Manafov küçəsində xaotik parkinq hökm sürür. 

Xezerxeber.az xəbər verir ki, yolunu bu küçədən salan avomobillər heç də az deyil. Lakin görünən odur ki, yolun sağ və solunda dayanmış avtomobillərin sayı, yalnız bir zolaq boyu hərəkət etməyə məcbur qalan avtomobillərin sayından çoxdur.

Hərəkət üçün nəzərdə tutulmuş zolaqlardan da parkinq məqsədilə istifadə edilməsi ərazidə xaotik vəziyyət yaradır.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sürücülər öz rahatlıqlarını təmin etmək üçün parklanma qaydalarına əməl etmirlər. Bu da digər sürücülərə mane olur ki, ərazidə süni tıxac yaranır. Qarşısını almaq üçünsə müxtəlif üsullar mövcuddur.

Bakı Şəhər Dövlət yol polisi idarəsindən bildirildi ki, ərazidəki praklanma problemi ilə bağlı Nərimanov Dövlət yol polis şöbəsi təlimatlandırılıb. Xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün lazımi tədbirlər görülür, sahibkarlarla danışılır ki, yeraltı duracaqlardan düzgün istifadə olunsun. Təəssüflər olsun ki, vəziyyət müsbətə doğru dəyişməyib. Lakin qanun çərçivəsində inzibati tənbeh tədbirləri mütəmadi şəkildə davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar