Xəzər Xəbər

Maştağada yüzlərlə evin kanalizasiyası su kanalına axıdılır VİDEO

Veb TV | 21:35 • 18 Oktyabr 2023
Maştağada yüzlərlə evin kanalizasiyası su kanalına axıdılır

Yüzlərlə evin kanalizasiyası, boru vasitəsi ilə  kanala axıdılır...

Xezerxeber.az xəbər verir ki, bura Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mənsur Vəkilov küçəsidir. Sakinlər, ərazidən keçən su kanalının çirkab tullantıları üçün istifadə edilməsindən şikayətçidir.

Sakinlər deyir ki, aidiyyəti qurumlardan tək istədikləri ərazinin kanalizasiya xətləri ilə təmin olunmasıdır. Lakin bununla bağlı dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb.

Məsələ ilə əlaqədar Maştağa bələdiyyəsinin sədr müavini Ağanəcəf Qədirov bildirdi ki, sözügedən problemdən xəbərdardılar. Hətta sakinlərin yazılı müraciətləri də mövcuddur.

Azərsu ASC dən isə bildirildi ki, həmin ərazidə mərkəzləşmiş kanalizasiya infrastrukturu mövcud deyil və gələcəkdə dövlət investisiyaları hesabına qurulması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar