Xəzər Xəbər

Köndələnçay su anbarı bu tarixdə istifadəyə veriləcək VİDEO

Veb TV | 22:22 • 18 Oktyabr 2023
Köndələnçay su anbarı bu tarixdə istifadəyə veriləcək

Köndələnçay su anbarının bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

Xezerxeber.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı" ASC-nin  baş məsləhətçisi Sarvan Ağayev bildirib ki, Köndələnçay üzərində 3 su anbarı var. Onlardan "Köndələnçay-1" su anbarı 2,1 milyon, "Köndələnçay-2" anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay anbarıdı və 9,5 milyon kubmetr su tutumuna malikdir.

Sarvan Ağayevin  sözlərinə görə, işğal dövründə su anbarları istismara yarasız vəziyyətə düşmüşdü.

O, deyir ki su anbarı istifadəyə verildikdən sonra füzuli rayonu ərazisində 6 min 200 hektar əkain sahəsini suvarmaq mümkün olacaq.

Baş məsləhətçi əlavə edib ki, Köndələnçaya paralel axan Quru çaydan üzərində iki ədəd hidroqovşaq vasitəsi ilə sözügedən anbarlara su axıdılması mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar