Xəzər Xəbər

Meşədən göbələk yığmağa PEŞMAN OLDULAR VİDEO

Veb TV | 22:10 • 18 Oktyabr 2023
Meşədən göbələk yığmağa PEŞMAN OLDULAR

Meşədən göbələk yığdılar, yedikdən sonra zəhərləndilər.

Xezerxeber.az xəbər verir ki, hadisə Zaqatala rayonunun Höytalı kəndində baş verib. Kənd sakini 53 yaşlı Kərəm İmranov dostu Ramazan Ömərovla birgə meşədən göbələk yığıblar. Halları pisləşən Ramazan Ömərov və həyat yoldaşı Güllər Ömərova dərhal həkimə müraciət ediblər.

1970-ci il təvəllüdlü Kərəm İmranov isə göbələyi yeyəndən sonra özünü pis hiss etsə də, həkimə səhəri gün müraciət edib.

Hər üç xəstə kəskin göbələk zəhərlənməsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib.

Kərəm İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanada dünyasını dəyişib. Digər 2 nəfərin müalicəsi davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar