Xəzər Xəbər

Füzulidə SÜRƏTLİ TİKİNTİ VİDEO

Veb TV | 23:05 • 18 Oktyabr 2023
Füzulidə SÜRƏTLİ TİKİNTİ

Füzuli rayonunda sürətli tikinti işləri aparılır. Ermənilərin xarabalığa çevirdiyi yerlərdə quruculuq abadlıq işləri görülür.

Xezerxeber.az xəbər verir ki, media nümayəndələri ilk olaraq Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 240 yerlik uşaq bağçasının tikiləcəyi ərazidə olublar.Uşaq bağçasının inşası üçün 2 hektardan hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Daha sonra jurnalistlərə Füzuli şəhərində tikiləcək İnzibati bina haqqında məlumat verilib.

Bildirilib ki, Füzulidə artıq birinci yaşayış məhəlləsində 38 binadan 12-si artıq inşa olunub. Digər binaların tikintisi isə davam etdirilir. Bununla yanaşı, Füzulidə daha 2 yaşayış məhəlləsi inşa olunacaq..İkinci və üçüncü yaşayış məhəllələrində ümumilikdə 5200-dən çox sakin yaşaya biləcək

Füzulinin Cuvarlı və Qoçəhmədli kəndləri də yenidən tikilərək keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək.

2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min nəfərin yaşaması planlaşdırılır. Belə ki, Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, həmçinin rayonun ərazisində 10 kəndin bərpası gözlənilir.

Füzulidə təməli qoyulan idman kompleksində isə universal zallar inşa ediləcək.

Plana əsasən, kopmleks ərazisində süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti