Xəzər Xəbər

Qazaxıstanın Qarabağ ŞƏHİDİ VİDEO

Veb TV | 21:50 • 17 Oktyabr 2023
Qazaxıstanın Qarabağ ŞƏHİDİ

O, 1992-ci ilin payızında yenicə  müstəqillik qazanan Qazaxıstanda  hə rbi xidmə tə  çağırılır....6 ay Kapçekay hərbi desant bazasında xidmət edir...Lakin bir gün  Erbol Barımbetovun hərbi hissəni özbaşına tərk etməsi barədə  xəbər yayılır....O gün-bugün Erbolu axtarmağa başlayan atası oğlunun harada olması barədə heç yerdən xəbər ala bilmir…və  Erbol Qazaxıstanda itkin kimi qeydiyyata alınır...

Erbol 1993-cü il mayın 7-də evlərinə zəng edərək, "anama söylə, narahat olmasın" deyir və o gündən sonra, ailə oğlundan bir də xəbər eşitmir...

Xezerxeber.az xəbər verir ki, birinci Qarabağ müharibə sinə  könüllü qatılan Erbol  776-cı kə şfiyyat taborundə  qə hramancasına Azə rbaycan topaqlarının azadlıq mücadilə sinə  qoşulur. 20 yaşlı Qazax balasının  mə zarını doğmaları 3 il ə vvə l aprelin  20-də Bakıda-Şəhidlər xiyabanında tapıblar...

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə qəhrəman Erbol Barımbetovun  şücaətinə həsr olunmuş kitab onun böyüyüb başa çatdığı Almata şəhərində  oxuculara təqdim olunub…

Təqdimat mərasimində  ölkəmizin Qazaxstandakı səfiri, Qazaxtan Xarici İşlər Nazirliyinin Almatadakı səlahiyyətli nümayəndəsi, Türkiyənin və  Azərbaycanın baş konsulları, deputatlar, soydaşlarımız və  ziyallılar iştirak ediblər….

Azərbaycanın Qazaxstandakı səfiri Ağalar Atamoğlanov "Erbol Şəhid Qarabağ" kitabını  xalqlarımızın  bir-birinin tarixinə  və  mədəniyyətinə olan dərin bağlarının təcəssümü kimi qiymətləndirib...

Müəllif, Qazaxstan Yazıçılar birliyinin üzvü Nasiha Kumarkızı kitabın real faktlara əsaslandığını deyib.

Şəhidin qardaşı Nurbon Barımbetov isə qardaşının xatirəsinin əbədiləşdirilməsi üçün görülən bu işlərə görə təşəkkür edib.

Sonda Azərbaycanın dostu, Qazaxıstan şairi Oljas Süleymanovun adında yazıçı publisist Nasiha Kamarkızına Azərbaycan-Qazaxstan mədəni əlaqələrinin inşikafındakı xidmətlərinə görə  medal təqdim edilib...

Şəhid Erbol Barımbetovun ailəsinə azərbaycanlı iş adamı Amil Yusifov tərəfindən mənzil hədiyyə olunub..

Hazırda Qazaxstanda yaşayan  həmyerlimiz Amil Yusifov "İgidliyə görə" ordeni ilə  təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar