Xəzər Xəbər

Azərbaycan meyvə-tərəvəzdən yarım milyard dollara yaxın MƏNFƏƏT GÖTÜRÜB VİDEO

Veb TV | 22:45 • 17 Oktyabr 2023
Azərbaycan meyvə-tərəvəzdən yarım milyard dollara yaxın MƏNFƏƏT GÖTÜRÜB

Azərbaycan  meyvə-tərəvəz ixracından 470 milyon dollardan çox gəlir əldə edib.

Xezerxeber.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 470 milyon 390 min dollar də yə rində  462 min 613 ton meyvə -tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə  müqayisədə ölkədən ixrac edilən meyvə -tərəvəzin dəyəri 7.1% və ya 31 mln. 329 min dollar, həcmi isə 11.8% və ya 48 min 837 ton artıb.

İqtisadçı ekpert Rəşad Həsənov bildirib ki, ixrac olunan məhsullarda hər hansı də yişiklik yoxdur. Lakin bəzi yerli məhsullarımıza xarici bazarda ciddi tələb yaranıb.

Sözügedən məhsulların demək olar ki, əsas hissəsi MDB bazarına ixrac edilir. İxrac edilən məhsulların həcminin artması, həm də daxili bazara risk kimi qiymətləndirilə   bilər.

İqtisadçı onu da əlavə edib ki, ixrac payı artsa da, fermerlərin ixracdan əldə etdiyi gəlirdə azalma var. Bu səbəbdən də fermerlər daha çox gəlir əldə edə biləcəyi məhsulların istehsalında ixtisaslaşmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar