Xəzər Xəbər

NZS-də ov tüfəngi ilə əmisini öldürən şəxsin qətli ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:33 • 17 Oktyabr 2023
NZS-də ov tüfəngi ilə əmisini öldürən şəxsin qətli ilə bağlı TƏFƏRRÜATLAR

Avtomobil təmiri sexində ov tüfəngindən atəş açaraq öz əmisini qətlə yetirib.

Xezerxeber.az xəbər verir ki, Xətai rayon prokurorluğunun məlumatına əsasən, bu gün 39 yaşlı Elməddin Fətəliyevin 52 yaşlı Arif Fətəliyevi Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar