Xəzər Xəbər

"Onların yaraları dərindir", amma... VİDEO

Veb TV | 21:27 • 17 Oktyabr 2023
"Onların yaraları dərindir", amma...

Onların yaraları dərindir. Kimisi atasını, kimisi övladlarını, kimisi də qohumlarını  itirib. Söhbət 31 il öncə ermənilərin faciə yaşatdığı Xocalı sakinlərindən gedir.

Xezerxeber.az xəbər verir ki, onlar həmin anları xatırladıqca, yaraları yenidən qanayır. Amma, bu gün Xocalının azadlığı onlara ruh verir. Ölkə  başçısınının doğma Xankəndidə, Xocalıda, Ağdarədə, Əsgəranda ucaltdığı üçrəngli bayraq onları da sevindirib.

78 yaşlı Qaryağdı Quliyev Xocalı Soyqırımında hə yat yoldaşını və  3 övladını itirib. O deyir k, "Xocalıya ayaq basanda, daha dərdim olmayacaq".

31il öncə  baş verən faciə də  Xocalı sakini Məlahət Əliyeva isə həyat yoldaşını və  qız övladını itirib. O da bildirir ki, şəhidlərin ruhu şaddır. Çünki, artıq Xocalıda düşmən yoxdur, o azaddır..

Qeyd edək ki, Xocalı sakinləri Goranboy şəhərində və rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Onlar tezliklə Xocalıya qayıtmağı səbirsizliklə gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar