Xəzər Xəbər

Azərbaycan əsgərlərinin SAXLANMA ŞƏRAİTİ NECƏDİR? VİDEO

Veb TV | 21:22 • 17 Oktyabr 2023
Azərbaycan əsgərlərinin SAXLANMA ŞƏRAİTİ NECƏDİR?

Ermənistandakı azərbaycanlı əsirlərə  sonuncu dəfə sentyabrda baş çəkilib.

Xezerxeebr.az xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova jurnalistlərə  açıqlamasında deyib. O, əsgərlərin vəziyyəti barədə məlumatın sadəcə valideynlərə  verildiyini vurğulayıb.

İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi hazırda fəaliyyətini davam etdirir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə  koordinatoru Elif Güney Eskiköy isə itkinlərlə  bağlı məsələyə toxunub. O, bildirib ki, hazırda Füzulidə itkinlərin axtarışı üzrə ekshumasiya işləri davam edir.

Qeyd edilib ki, ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən olunub. Onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta, 320-si isə aşağı dəqiqlikli yerlər kimi təsnif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar