Xəzər Xəbər

Xaçaturyanın məhkəməsində zərərçəkmişlər İŞGƏNCƏLƏRDƏN DANIŞDI VİDEO

Veb TV | 21:12 • 17 Oktyabr 2023
Xaçaturyanın məhkəməsində zərərçəkmişlər İŞGƏNCƏLƏRDƏN DANIŞDI

Məhkəmədə hakim qarşısına çıxan Vaqif Xaçatryan zərərçəkmişlərlə Azərbaycan dilində danışıb.

Xezerxeber.az xəbər verir ki, onlardan bir neçəsini tanıdığını etraf edib. Prosesə  Bakı Hərbi Məhkəmə sinin sə dri Zeynal Ağayev sədrlik edib. Məhkəmə istintaqı açıq elan edikdən sonra prokuror ittiham aktını oxuyub. İttiham aktında Vaqif Xaçatryanın azərbaycanlılara verdiyi amansız işgənclər açıqlanıb.

Vaqif Xaçatryan sərbəst istifadəsində ittihamları qəbul etməyib. O, bildirib ki, orada yaşayan azərbaycanlıların hamısı ona yaxın adam olub. Xaçatryan Xocalının Badarakəndində yaşadığını, sürücü işlədiyini qeyd edib. O, 1988-1992-ci illərdə  keçirilən heç bir əməliyyatda iştirak etmədiyini iddia edib.

Daha sonra məhkəmədə zərərçəkmişlər və onların hüquqi varisləri ifadə veriblər. Bildiriblər ki, Vaqif Xaçatryanın başçılıq etdiyi terrorçu qrup onlara və  amansızlıqla qətlə yetirdikləri şəxslərə ağır işgənclər veriblər.

Zərərçəkmişlər ifadə verərkən Vaqif Xaçatryanın onlara Azərbaycan dilində dialoq qurub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti