Xəzər Xəbər

Bayraq sancılan yaşayış məntəqələri doğma sakinlərini gözləyir VİDEO

Veb TV | 21:59 • 16 Oktyabr 2023
Bayraq sancılan yaşayış məntəqələri doğma sakinlərini gözləyir

Xocalı, Əsgəran, Ağdərə və Xankəndidə üçrəngli bayrağımızın dalğalanması bütün Azərbaycanı sevindirir.

Xezerxeber.az-ın məlumatına görə, Xankəndi sakini Natiq Rəşidov da onlardan biridir.

1965-ci il dekabrın 18-də Xankəndi şəhərində anadan olmuş Natiq Rəşidovun uşaqlıq və orta məktəb illəri elə Xankəndidə keçib. Xankəndiyə köçməyi səbirsizliklə gözlədiklərini bildirir.

Müsahibimiz deyir ki, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltmasını özü və ailə üzvləri böyük sevinclə qarşılayıb.

Natiq Rəşidov yenidən həmin küçələrə qayıtmaq, xatirələrini yeniləmək istədiyini söyləyir.

Füzuli Rzaquliyev isə Ağdərənin Xatınbəyli kəndində anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. Söyləyir ki, torpaqlarımızın işğaldan azad olunması ilə qəddimiz dikəldi.

Onun sözlərinə görə, son 200 ildən yuxarı bir tarixdə Ali Baş Komandan yeganə fatehdir ki, Azərbaycanın işğalda olan torpaqlarını geri aldı...

İndi Xankəndi, eləcə də Xocalı, Əsgəran və Ağdərə özünün doğma sakinlərini gözləyir...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar