Xəzər Xəbər

Astarada körpünü sel aparıb - sakinlər çətin vəziyyətdə qalıb FOTO/VİDEO

Veb TV | 20:38 • 16 Oktyabr 2023
Astarada körpünü sel aparıb - sakinlər çətin vəziyyətdə qalıb

Son günlər cənub bölgəsində yağan intensiv yağış Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, sözügedən körpü illərlə yararsız vəziyyətdə olub.

Son dövrlər müşahidə edilən əlverişsiz hava ilə əlaqədar çayda suyun səviyyəsi artıb və körpünü sel aparıb. Bundan sonra köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin onun da ömrü cəmi iki gün çəkib.

Kənd sakinlərinin istifadə edə biləcəyi alternativ yol 6 km məsafədə yerləşir. Həmin ərazi isə yararsız vəziyyətdədir. Nəqliyyat vasitələri çox çətinliklə oradan keçirlər.

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndə Elşad Məcidov deyib ki, yalnız piyadalar üçün alternativ yol çəkilir.

Alternativ yolun təşkili üçün əraziyə ağır texnikalar cəlb edilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar