Xəzər Xəbər

Bakıda ər xalası qızı olan arvadını öldürüb TƏFƏRRÜAT/VİDEO

Mərhumun bacısı və yaxınları açıqlama verib
Veb TV | 21:45 • 16 Oktyabr 2023
Bakıda ər xalası qızı olan arvadını öldürüb

Bu gün günorta saatlarında Bakıda ağır cinayət olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 24/25 ünvanında qeydə alınıb.

Bununla bağlı Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaqut Nəriman kimi tanınan müğənni Yaqut Həşimovanın  bacısı Şəlalə Nəriman deyib ki, bacısı ilə onun həyat yoldaşı arasında son günlər mübahisələr olurmuş. Cinayətin törədilməsinin ilkin ehtimallardan biri həmin mübahisələrdir.

Həyat yoldaşı onun xalası oğlu imiş.

Mərhumun yaxınları isə hadisənin şokunu yaşayırlar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar