Xəzər Xəbər

Parklanma yerlərində qaydaları pozanlar cərimələnirlər FOTO/VİDEO

Veb TV | 20:22 • 16 Oktyabr 2023
Parklanma yerlərində qaydaları pozanlar cərimələnirlər

Ödənişi parklanma yerlərində qaydaları pozanların cərimələnməsinə başlanıb.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, parklanmaya görə ödəniş etməyən sürücülər cərimə olunurlar.

Həmçinin avtomobili düzgün park etməyənlər də inzibati cəzaya məruz qalır.

Xatırladaq ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır yalnız nağdsız qaydada mobil tətbiq üzərindən və sms vasitəsilə həyata keçirilir.

4-cü zonaya aid olan, yəni tələbatın az olduğu ərazilərdə isə parklanmaya görə ödəniş tələb edilmir. Həmçinin yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar