Xəzər Xəbər

Bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb VİDEO

Veb TV | 20:55 • 16 Oktyabr 2023
Bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.

Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə 

şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın  qiymətində artımlar müşahidə edilib.

Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.

Dövlət Xidmətinin məlumatında o da bildirilir ki,  bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar