Xəzər Xəbər

Suqovuşana turlar təşkil olunacaq VİDEO

Veb TV | 19:34 • 16 Oktyabr 2023
Suqovuşana turlar təşkil olunacaq

İşğaldan azad edilmiş Suqovuşan qəsəbəsi turizm potensialı ilə seçilən ərazilərdəndir.

Xezerxeber.az-ın məlumatına görə, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Suqovuşan su anbarının ətrafında park yaradılıb.

Ərazinin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, su anbarı görənləri özünə heyran qoyur. Buranın turizm zonasına çevrilməsi üçün hər cür imkanlar var. 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.

Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib. Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində  genişmiqyaslı abadlıq işləri görüləcək.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib ki, hazırda Tuğ, Daşaltı və Hadrutda turistlərin ilkin ehtiyaclarının ödənilməsi üçün yaradılacaq infrastrukturun layihə-smeta sənədləri hazırlanır.

Növbəti mərhələdə turizm üçün əlverişli olan digər ərazilərdə də bu işlərə başlanılacaq. Bildirilib ki, yaxın zamanda isə  Suqovuşana turlar təşkil olunacaq.

Azadə Hüseynovanın verdiyi məlumata görə, qısa müddətdə Şuşa turları kimi buraya və ətraf ərazilərə də turistlərin gəlişi nəzərdə tutulub. İlk olaraq Naftalandan, daha sonra isə digər ərazilərdən buraya turlar təşkil olunacaq. Əvvəlcə yerli əhalinin səfəri nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti