Xəzər Xəbər

Xanın kəndinə QAYITDIQ... VİDEO

Veb TV | 21:21 • 15 Oktyabr 2023
Xanın kəndinə QAYITDIQ...

Xankəndi- Xanın kəndi.

Bir şəhər tarixini adında bu qədər yaşadarmış.

Sankı başına gələcəklərdən xəbərdarmış bu adı şəhərə verənlər...

Bir gün öz adı ilə gerçəkləri, tarixini dünyaya sübut edəcəkmiş.

Onu əsir alanlara doğma sahiblərinin kim olduğunu adı ilə göstərəcəkmiş.

Bu ağır mübarizədə doğma sakinlərinin əlindən tutacaqmış...

Xezerxeber.az xəbər verir ki, Xankəndi 18-ci əsrdə Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın yəni Şuşanın 10 kilometrliyində qurulub. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınıb. Daha sonra isə Xankəndi adını alıb. Şəhər Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb.

1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Vilayətin mərkəzi Xankəndi şəhəri olur. Qarabağın da, Xankəndinin də bəlası elə bu tarixdən başlayır. Sonra adı dəyişdirlir Xanın kəndinin. Və keçən əsrin əvvəlində yaşamış Bolşevik Stepanın adı verilir. Və qədim “erməni şəhəri” adlandırılır.

1988-ci ildən isə ermənilər Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycandan qoparılmasını tələb etməyə başlayırlar. Sonra isə azərbaycanlılar şəhərdən qovulur və Xankəndiyə 32 il həsrət qalırlar. Doğma şəhərimizdə oturan separatçılar isə oradan bizə meydan oxuyur, dünyaya Qarabağın erməni torpağı olduğuna dair nağıllar danışırlar. Azərbaycan xalqı isə sözlə yox, əməllə cavab verdi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ildən ilə gücləndi. Vətən müharibəsində, 3 il sonra isə antiterror tədbirlərində dəmir yumruğu elə vurdu ki, Xankəndidə nə Stepanın "ruhu", nə də indiki dırnağarası başçılarının tozu qaldı. Onlar indi Bakıda sorğu-sualda, biz isə Xanın kəndindəyik.

Əbədi, əzəli torpağımızda.. Beləcə xeyirin şərə qalib gəldiyi bu hekayənin sonunda Xan kəndinə qayıtdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar