Xəzər Xəbər

Ali təhsil xərcləri iki dəfə ARTIRILIR VİDEO

Veb TV | 21:47 • 15 Oktyabr 2023
Ali təhsil xərcləri iki dəfə ARTIRILIR

Ali təhsil xərcləri 2 dəfəyə qədər artırılır.

Xezerxeber.az xəbər verir ki, bu ''2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, Ali təhsil xərclərinin gələn il üçün 64 milyon manatdan, 134 milyon manata qaldırılması həm də tələbələrin  təhsil kreditlərinə əlçatanlığını artıracaq.

Millət vəkili deyir ki, bu təminat xaricdə təhsil imkanlarını da genişləndirəcək. Xüsusilə xaricdə aparıcı universitetlərə qəbul olan bəzi tələbələrin xərcləri bu vəsaitlər hesabına qarşılanacaq

Bu  artımın universitetdə dərs deyən müəllimlərin əməkhaqlarına təsir edəcəyi də gözlənilir.

Gələn il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artacaq.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində ümumilikdə təhsil xərclərinin 4.5 milyard mantdan çox olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti