Xəzər Xəbər

Sosial yardım adı altında 65000 manat ziyan vuruldu VİDEO

Veb TV | 22:00 • 15 Oktyabr 2023
Sosial yardım adı altında 65000 manat ziyan vuruldu

Fəhlə işləyən şəxs aladıldığını iddia edir.

Xezerxeber.az xəbər verir ki, ona 65 min manat borcu olduğu bildirilib.

Sumqayıtda şirkətlərin birində fəhlə işləyən Rövşən Yusuflu, Abşeron rayonun Xırdalan şəhərində tanışı tərəfindən aldadıldığını deyir.

Zərərçəkmişin sözlərinə görə, tanışı onun etibarından istifadə edərək guya sosial yardım düzəltmək adı altında adına vöen açıb.  Rövşən Yusuflu hadisədən yalnız Vergilər xidmətindən ona gələn zəngdən sonra agah olub. Məlum olub ki, 3 il  bundan öncə adına açılan vöenlə ona 65 min manat vergi borcu yığılıb.

Hazırda vətəndaşın adında külli miqdarda borc yığılıb. Onun başına gələn bu hadisə 3 il əvvəl olub. Bu günə qədər nəticə əldə etməyib.  Onu aldadan şəxslə əlaqə saxlamaq istəsədə telefonuna zəng çatmır.

Fakt üzrə aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti