Xəzər Xəbər

Balıq tutmağa gedən şəxsdən 5 gündür XƏBƏR YOXDUR VİDEO

Veb TV | 22:45 • 15 Oktyabr 2023
Balıq tutmağa gedən şəxsdən 5 gündür XƏBƏR YOXDUR

Balıq tutmağa gedən kişidən 5 gündür ki, xəbər yoxdur.

Xezerxeber.az xəbər verir ki, Mingəçevir sakini Nicat Qədirov 51 yaşlı  atası Sərdar Bayramovdan xəbər ala bilmədiklərini deyir. Uzun illərdir balıqçı işləyən Sərdar Bayramov doğmları ilə 6-7 gün öncə danışıb. Ondan bir gün sonra isə Mingəçevir Su anbarının Samux rayonu ərazisində qayıq ilə suya daxil olub... Bu zaman güclü külək onun suda hərəkətinə mane olub. Məlumata görə, xilasedicilər axtarışlara cəlb edilib.

Sərdar Bayramov ailəsi ilə birgə Mingəçevir şəhəri Sahil Küçəsində yaşayır... Su anbarında  sözü gedən ərazidə  batdığı ehtimal edilən şəxsə ait  qayıq və digər  ləvazimatlar tapılmayıb.

Mingəçevir sakinin doğmaları onun sağ tapılmasına ümid edirlər. Hazırda FHN-nin xilasediciləri axtarışlarını davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar