Xəzər Xəbər

Ət bazarında YENİ FIRILDAQ VİDEO

Veb TV | 21:55 • 15 Oktyabr 2023
Ət bazarında YENİ FIRILDAQ

Bəzi qəssablar alıcıya dana əti əvəzinə camış əti təklif edirlər.

Xezerxeber.az xəbər verir ki, 10 manatlıq camış ətini alıb, 50 faiz baha, 15 manata dana əti adıyla vətəndaşlara satılır! Belə faktların olduğunu qəssablar da təsdiqlədilər.

25 ildir ki, bu işlə məşğul olan qəssab deyir ki, camış əti gec bişir, qaynadanda da kəfi çox olur.

Alıcılar isə bildirdi ki, camış ətiylə dana ətini ayırd eləmək bir o qədər də asan deyil.

Qəssab Kamal İbrahimov isə bildirdi ki, dana əti alanda aldanmamaqdan ötrü gərək həmişə tanıdığın qəssaba müraciət edəsən.

Ancaq qəssablar onu da bildirdilər ki, adətən camış ətində xəstəliklər olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar