Xəzər Xəbər

Mingəçevirdə elektrik naqilləri sakinlərin həyatı üçün təhlükə yaradır VİDEO

Veb TV | 21:36 • 14 Oktyabr 2023
Mingəçevirdə elektrik naqilləri sakinlərin həyatı üçün təhlükə yaradır

Yaşayış binasının yaxınlığındakı müxtəlif obyektlərin elektrik xəttlərinin aşağı hündürlükdən keçməsi sakinlərə problemlər yaradır. 

Xezerxeber.az-ın məlumatına görə, söhbət Mingəçevir şəhəri, Aydın Məmmdov 16 ünvanından gedir.

Naqillərin hörümçək toru kimi primitiv qaydada ağaclara bağlanması da təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Mingəçevir Regional Elektrik Şəbəkəsindən bildirilib ki, həmin xətlər özəl obyektlərə aiddir. Obyekt sahibləri xətlərin yerini dəyişmək üçün  ''ASAN kommunal''a müraciət etməlidirlər. Yalnız bundan sonra xətlərə müdaxilə edilə bilər. Bununla bağlı obyekt sahiblərinə ''Azərişıq” ASC tərəfindən dəfələrlə müraciət edilib. Amma obyekt sahibləri hələ də rəsmi qaydada müraciət etməyiblər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar