Xəzər Xəbər

Rəsmi Bakı AŞPA-nın qətnaməsini qətiyyətlə rədd edir və şiddətlə qınayır VİDEO

Veb TV | 19:50 • 14 Oktyabr 2023
Rəsmi Bakı AŞPA-nın qətnaməsini qətiyyətlə rədd edir və şiddətlə qınayır

Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsinə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, XİN-in məlumatda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsi qətiyyətlə rədd edilir və şiddətlə qınanılır.

Qeyd edilib ki, bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir. AŞPA Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, əsassız şayiələrə və müəyyən dövlətlərin bölgəmizdə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan yanaşma nümayiş etdirməkdə davam edir.

Bu sənədlər Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar