Xəzər Xəbər

Qusarda Cəlilabaddan olan üç qardaş zəhərlənib, ikisi ölüb VİDEO

Veb TV | 21:11 • 14 Oktyabr 2023
Qusarda Cəlilabaddan olan üç qardaş zəhərlənib, ikisi ölüb

Qusar rayonunda 3 nəfər zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Mənzildə kirayədə yaşayan Cəlilabad rayon sakinləri Şamil, Sabir və Sakit Zeynalov qardaşları zəhərləniblər. Nəticədə Sabir və Sakit Zeynalovlar ölüb. Şamil Zeynalov isə xəstəxanaya yerləşdirilib. Onların göbələkdən zəhərləndikləri iddia edilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb. AQTA-dan verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti