Xəzər Xəbər

Qubada təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb VİDEO

Veb TV | 20:07 • 14 Oktyabr 2023
Qubada təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb

Qubanın Fətəlixan küçəsində təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, 3-4 ay əvvəl bu yol qazılsa da, indiyədək təmir olunmayıb.

Mövcud vəziyyət sürücülərə çətinlik yaradır.

Sürücülərin sözlərinə görə, yolun bu vəziyyətdə olması nəqliyyat vasitələrinin detallarını tez-tez sıradan çıxarır.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə sözügedən küçə asfaltlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti