Xəzər Xəbər

Yol qəzaları iki nəfərin həyatına son qoydu - yaralılar var VİDEO

Veb TV | 20:39 • 14 Oktyabr 2023
Yol qəzaları iki nəfərin həyatına son qoydu - yaralılar var

Bakı şəhər sakini qaçırdığı avtomobillə Xaçmazda qəzaya düşərək dünyasını deyişib.

Xezerxeber.az-ın məlumatına görə, Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus avtomobilə icazə almadan əyləşib və onu idarə edib.

Nəqliyyat vasitəsi Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan yük maşını ilə toqquşub. Nəticədə Bakı şəhər sakini Ramil Balamirzəyev həlak olub.

Zaqatalada isə iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Hadisə səhər saatlarında Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndindən keçən hissəsində baş verib. Rayonun Muğanlı kənd sakini 64 yaşlı Bayram Heydərovun idarə etdiyi minik avtomobili Yuxarı Tala kənd sakini 57 yaşlı Fikrət Əliyevin sükan arxasında olduğu minik avtomobili toqquşub.

Minik avtomobillərindən birində olan sərnişin, Zaqatala sakini 63 yaşlı Yeganə Bilalova hadisə yerində dünyasını dəyişib. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti əraziyə cəlb edilmiş xilasedicilər çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hər iki sürücü, eləcə də avtomobillərdən birində olan sərnişinlər - Gülnar Heydərova və 6 yaşlı Fuad Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti