Xəzər Xəbər

Böyük Qayıdış proqramı uğurla icra edilir VİDEO

Veb TV | 22:00 • 14 Oktyabr 2023
Böyük Qayıdış proqramı uğurla icra edilir

Qarabağa 'Böyük Qayıdış proqramı qüsursuz icra edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən və 2022-2026-ci illəri əhatə edən Böyük Qayıdış planına uyğun olaraq, artıq  proqramda nəzərdə tutulan 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib. Şəxsən dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. 

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Aqil Məmmədov deyib.

O bildirib ki, ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı artıq baş tutub.

Aqil Məmmədov bildirib ki, Böyük Qayıdış proqramının sürətli icrası ilə bərabər, işğaldan azad edilmiş ərazilərdə 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Həmçinin Zəngilan Hava Limanı istifadəyə verilib, Laçın rayonunda isə hava limanının tikintisi davam edir. 

Yol infrastrukturu da sürətlə qurulur. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir. Həmçinin 12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bütün bu işlərin belə sürətli həyata keçirilməsində məqsəd Qarabağın tezliklə qurulması və 30 ildir vətən həsrətində olan vətəndaşların öz yud-yuvalarına dönməsini təmin etməkdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti