Xəzər Xəbər

İşçi ilə əmək müqaviləsi bağlamayan sahibkar 20 min manat cərimə edilib VİDEO

Veb TV | 19:34 • 14 Oktyabr 2023
İşçi ilə əmək müqaviləsi bağlamayan sahibkar 20 min manat cərimə edilib

İşçi ilə əmək müqaviləsi bağlamadan onu əmək fəaliyyətinə cəlb edən sahibkar küllü-miqdarda cərimə edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu hal Mingəçevir şəhərində baş verib.

Vətəndaşın müraciəti əsasında məsələ ilə bağlı Mingəçevir Şəhər Prokurorluğu araşdırmaya başlayıb.

Pozuntu ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə MMC-nin direktoru 20 min manat məbləğində inzibati cərimə edilib.

Bu qərar bir daha digər işəgötürənlər üçün ciddi siqnal olmalıdır.

"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, əmək müqaviləsi bağlamadan işçini faktiki olaraq muzdlu işə cəlb etmək həm inzibati, həm də cinayət məsuliyəti yarada bilər. Qanunda bunun qarşısını almaq üçün kifayət qədər ciddi maliyə sanksiyaları nəzərdə tutulub.

Xeyli sayda adamı əmək müqaviləsi olmadan işə cəlb edənləri isə daha ağır məsuliyyət tədbirləri gözləyir. Bu məsələ də Cinayət Məcəlləsi ilə tənzimlənir.

Sahib Məmmədov vurğulayıb ki, təcrübədə bu qədər ağır cəza mexanizminin olmasına baxmayaraq, belə hallar mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar