Xəzər Xəbər

"Göz yaşları və məsum sifətin" arxasında gizlənən QATİL VİDEO

Veb TV | 20:30 • 13 Oktyabr 2023
"Göz yaşları və məsum sifətin" arxasında gizlənən QATİL

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi olub.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.

Məhkəmə zalına gətirilərək, hakim qarşısına çıxarılan Vaqif Xaçatryan ağlaması ilə diqqət çəkib.

Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş 59 nəfərin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub. Prosesdə təqsirləndirilən şəxsə hakim tərəfindən hüquqları izah edilib.

İş üzrə dövlət ittihamını Baş prokurorun köməkçisi, Müqəddəs Sultanovun müdafiə etdiyi bildirilib. Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək.

Vaqif Xaçatryan vəkilə etiraz etməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur. Prosesdə tərəflərə hüquqları izah edilib.

Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.  Məhkəmə müşavirəyə gedib. Bu zaman zərərçəkmişlərdən biri Vaqifi çağıraraq onu tanıdığını soruşdu.

Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.  Qeyd edək ki, Vaqif Xaçatryan bu ilin iyul ayının 29-da Ermənistana keçmək istəytərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanaraq istintaqa cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti