Xəzər Xəbər

BMT nümayəndələri indi gəlmək istəyirsə... VİDEO

Veb TV | 20:40 • 13 Oktyabr 2023
BMT nümayəndələri indi gəlmək istəyirsə...

30 il işğal altında olan torpaqlarımızda məscidlərimiz, tarixi abidələrimiz, hətta qəbirstanlıqlarımız belə dağıdıldı. Bu müddət ərzində nə BMT-nin, nə də ki, onun ayrı-ayrı təsisatlarının, o cümlədən də UNESCO -nun  ölkəmizin müraciətlərinə hər hansı bir formada cavab verdiyinin şahidi olmadıq.

Xezerxeber.az xəbər verir ki, bu faktları görmək üçün beynəlxalq təşkilatların ərazilərə baş çəkmədiyini deyən politoloq Elçin Mirzəbəyli bildirib ki, BMT və onun təsisatları tamamilə bu prosesi diqqətdən kənar qoydular.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, BMT missiyasının növbəti dəfə müraciətinin ortaya çıxması əslində ikili standartın nümunəsi kimi dəyərləndirilə bilər.

Ekspertlər  hesab edir ki, BMT nümayəndələri indi gəlmək istəyirlərsə onlar mina probleminə, Qərbi Azərbaycan məsələsinə də baxmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar