Xəzər Xəbər

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı regionun güc mərkəzinə çevirib VİDEO

Milli Məclisdə İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul edilib
Veb TV | 20:04 • 12 Oktyabr 2023
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı regionun güc mərkəzinə çevirib

"Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirib".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan xüsusi iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Digər çıxış edənlər də bildiriblər ki, bu gün bütün dünya Azərbaycan Prezidentini sözündən dönməyən biri kimi tanıyır. Çünki Prezident İlham Əliyevin prinsipial mövqeyi özünü doğruldub, bir qarış belə torpaq düşmən tapdağında qalmayıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmasıdır.

Vurğulanıb ki, bu gün Cənubi Qafqaz Prezident İlham Əliyevin strateji baxışları nəticəsində artıq həm də Avropaya açılan bir qapıdır. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanı regionun güc mərkəzinə çevirib.

Xüsusi iclasda İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb. Bəyanat səsverməyə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar