Xəzər Xəbər

Oğul atasına orqanını bağışlayıb FOTO/VİDEO

Ata bunu biləndə göz yaşlarını saxlaya bilməyib
Veb TV | 20:55 • 12 Oktyabr 2023
Oğul atasına orqanını bağışlayıb

Azərbaycanda oğul atasına orqanının bir hissəsini bağışlayıb.

Xezerxeber.az-ın məlumatına görə, illərdir atasının xəstəliklə mübarizə apardığı görən oğul onun dərdinə dəva olub.

23 yaşlı Mühəndis Dənziyev atasının təcili əməliyyat olunacağını və ona orqan köçürülməsinin vacib olduğunu öyrənib. Ona görə də atasına orqanını bağışlayıb.

Mühəndisin sözlərinə görə, atasının və yaxınlarının israrına baxmayaraq, o, atasına orqanını bağışlayıb.

Mübariz Dənziyev isə oğlunun onun donoru olmasını istəməyib.

54 yaşlı Mübariz Dənziyev 3 ildir qaraciyər serrozundan əziyyət çəkirmiş. Müxtəlif xəstəxanalarda müalicə alsa da, son çarə kimi əməliyyat məsləhət görülüb. Onu yenidən həyata qaytaran şəxs ilə görüşüb, ona minnətdarlıq bildirmək istəyən atanın istəyini biz də reallaşdırdıq.

Oğlunun ona həyat verdiyi görən ata göz yaşlarını saxlaya bilməyib.

İki həftədən artıqdır əməliyyat olan ata və oğulun hazırda vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, ata və oğul icbari tibbi siğorta ilə əməliyyat olunublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar