Xəzər Xəbər

Hacıqabulda dəhşətli yanğın: beş nəfər həlak olub VİDEO

Veb TV | 19:49 • 12 Oktyabr 2023
Hacıqabulda dəhşətli yanğın: beş nəfər həlak olub

Hacıqabulda dəhşətli yanğın olub. Nəvahi qəsəbəsindəki hadisədə 5 nəfər yanaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, 5 ailənin məskunlaşdığı ikimərtəbəli 14 otaqlı əsas hissələri taxta konstruksiyadan ibarət binada yanğın gecə saat 1 radələrində baş verib.

Güclü külək yanğını sürətləndirib və sakinlərin oradan çıxması çətinləşib. Yanan binanın taxta konstruksiyadan ibarət tavanının çökməsi nəticəsində 79 yaşlı Mütəllim Məmmədov, 71 yaşlı  Sara Abışova, 42 yaşlı Aybəniz Abışova, onun 13 yaşlı  qızı və 11 yaşlı oğlu dünyasını dəyişiblər. Bir nəfər şəxs - 60 yaşlı Şölə Həsənova isə  xəsarət alıb.

Hadisə yerinə Hacıqabul Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın gecə saat 3 radələrində söndürülüb.

Hadisənin baş vermə səbəbinin müəyyən olunması üçün Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar