Xəzər Xəbər

Azərbaycanda strateji məhsulların bahalaşmasının QARŞISI ALINACAQ VİDEO

Veb TV | 21:11 • 11 Oktyabr 2023
Azərbaycanda strateji məhsulların bahalaşmasının QARŞISI ALINACAQ

Fövqəladə vəziyyət, həmçinin səfərbərlik şəraitində vətəndaşların daha çox istifadə etdiyi məhsullar üzrə strateji məhsulların ehtiyyatının yaradılması nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Dövlət ehtiyatları haqqında" yeni qanun layihəsində deyilir. Beləliklə ümumilikdə, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı alınacaq.

Millət vəkili bildirdi ki, qanun layihəsi sistemli şəkildə həyata keçiriləcək, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq.

Aydın Hüseynov deyib ki, ehtiyyat fondları indi də mövcuddur, qanun qüvvəyə mindikdən sonra, proseslər həyata keçiriləcək. Millət vəkili onu da bildirdi ki, ehtimal olunur ki, gələn ilin başlanğıcından etibarən qanun qüvvəyə minəcək.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti