Xəzər Xəbər

Bu rayonda sahibsiz itlər hətta avtomobillərin üzərində belə GƏZİRLƏR VİDEO

Veb TV | 20:55 • 11 Oktyabr 2023
Bu rayonda sahibsiz itlər hətta avtomobillərin üzərində belə GƏZİRLƏR

Maşınların üstünə çıxırlar, rahat şəkildə hərəkət edirlər.

Sahibsiz küçə itlərinin bir neçəsi avtomobillərin üstündə, digərləri isə binaların həyətində özlərinə məskən salıb. Sakinlərin kabusuna çevrilən sahibsiz itlərə əksər yaşayış binalarının girişində rast gəlmək mümkündür. Görüntülər Abşeron rayonundandır.

Sakinlər bildirir ki, sahibsiz itlər onları bəzən evlərinə daxil olmağa qoymurlar. Avtomobillərin alt hissəsindən qəfil çıxaraq insanlara hücum edən itlərin quduz olmasından ehtiyyat edirlər. Məhz buna görə də, aidiyyəti qrumlardan yardım istəyirlər.

Abşeron rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:

"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Layihənin tikintisi artıq həyata keçirirlir. Bu işlər başa çatdıqdan sonra problem öz həllini tapacaq. Sakinlərdən isə sahibsiz heyvanlara qarşı hümanist davranmağı, azyaşlı uşaqları isə diqqətsiz qoymamağı xahiş edirik",-deyə İcra Hakimiyyətindən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar