Xəzər Xəbər

Azərbaycanlı gənc narkotacirlə yazışmalarını PAYLAŞDI VİDEO

Veb TV | 20:25 • 11 Oktyabr 2023
Azərbaycanlı gənc narkotacirlə yazışmalarını PAYLAŞDI

''Yaxşı bir oğlan gəzirəm, alver üçün, təsadüfən sənə yazdım''.

Xezerxeber.az xəbər verir ki, ağ ölüm alverçiləri indi də bu üsula əl atırlar. Son günlərdə xaricdə olan bəzi narkotacirlər özlərinə narkokuryer seçmək üçün sosial şəbəkə istifadəçilərini hədəfə alırlar.

Xüsusən də, İranda yaşayan narkotik alverçiləri, ''instagram'' sosial şəbəkə platforması üzərindən gənclərə yazaraq onlara şirnikləndirici vədlər verməklə, çirkin təkliflər edirlər.

Belə təklif edilən gənclərdən biri İranlı ilə yazışmasının şəkilini çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, bu cür təkliflərdən xəbərdardırlar. Nazirlik əməkdaşı bildirir ki, sosial şəbəkə üzərindən və yaxud da onlayn yollarla narkotik satan şəxslərə qarşı məlumat daxil olan kimi ciddi tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı onu da bildirdi ki, bu ilin 9 ayı ərzində polis orqanları tərəfindən 4 tondan çox narkotik maddə dövriyyədən çıxarılıb. Bunun da 1 tondan çoxu onlayn yollarla əldə edilərək satışa çıxarlılan narkotik maddələr olub

Nurlan Əliyev deyir ki, yeniyetmə və yaxud da gənclərin bu tip şəxslərin qurbanına çevrilməməsi üçün valideynlər də diqqətli olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar