Xəzər Xəbər

Kardiologiya İnstitutuna müraciət edənlərin sayı üç dəfə artıb VİDEO

Tibb müəssisəsinin qarşısında uzun növbələr yaranır
Veb TV | 21:47 • 10 Oktyabr 2023
Kardiologiya İnstitutuna müraciət edənlərin sayı üç dəfə artıb

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun qarşısında uzun növbələr müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, xəstəxananaya müraciət edən vətəndaşlar sıxlıq səbəbindən qəbul və müayinə üçün saatlarla gözləməli olurlar.

Mövzuya münasibət bildirən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, gün ərzindən 300-400 müraciətə baxılır.

140 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. İnstitut müasir avadanlıqlarla təmin edilib.

Sadəcə, əvvəlki dövrlə müqayisədə müraciət edən pasiyentlərin sayında 3 dəfə artım müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar