Xəzər Xəbər

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib VİDEO

Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət ünvanlayıb
Veb TV | 21:30 • 10 Oktyabr 2023
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, konfransda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və yüksək səviyyəli xarici rəsmilər iştirak ediblər.

Əvvəlcə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Dövlət başçısı müraciətində bildirib ki, ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Prezident vurğulayıb ki, növbəti 3 ildə 100 minə qədər  köçkünün doğma yurd-yuvalarına qayıdışı planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar