Xəzər Xəbər

Baş prokuror: "Gəncə terrorunun ildönümündəki həbslər bizə təsəllidir" VİDEO

Veb TV | 20:38 • 10 Oktyabr 2023
Baş prokuror: "Gəncə terrorunun ildönümündəki həbslər bizə təsəllidir"

Ermənilərin Gəncəyə raket ataraq mülki əhaliyə qarşı törətdikləri terror aktının 3-cü il dönümündə baş prokuror Kamran Əliyev bu şəhərdə olub.

Xezerxeber.az-ın məlumatına görə, o, raket zərbələri endirilən ərazini ziyarət edərkən mühüm açıqlamalar verib.

Baş prokuror qeyd edib ki, hər bir fakta görə ayrıca cinayət işləri açılır.

Kamran Əliyev cinayətkarların tutularaq Azərbaycana gətirilməsi məsələsinə də münasibət bildirib.

Baş prokuror Gəncəyə səfər çərçivəsində Qələbə parkında yaradılacaq memorial kompleksin ərazisini ziyarət edib, erməni terrorunun izləri ilə tanış olub.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə endirilən raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər dinc sakin həlak olub. Həmçinin 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, eləcə də 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti