Xəzər Xəbər

Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı vaxt açıqlandı VİDEO

Veb TV | 21:14 • 10 Oktyabr 2023
Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı vaxt açıqlandı

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2025-ci ildən fəaliyyətə başlayacaq. 

Xezerxeber.az-ın məlumatına görə, bunu ''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin əsəs hissəsi olan Horadiz - Ağbənd dəmiryolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə 2021-ci ildə başlanıb.

Sənubər Nəzərova deyib ki, layihələndirmə işlərinin 82, tikinti-quraşdırma işlərinin isə 44 faizi tamamlanıb.

Zəngəzur layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” tarixinin ən uzun körpüsü də Həkəri çayı üzərindən tikilir. Uzunluğu 418 metr olan dəmir yolu körpüsündə son tamamlama işləri görülür.

Sənubər Nəzərova tikintisi davam edən Bərdə - Ağdam dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarixi də açıqlayıb. 

Onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryolu xəttinin davamı olaraq, Ağdam-Xankəndi dəmiryolu xəttinin layihələndirilməsi ilə bağlı da tapşırıq verilərsə, bu istiqamətdə müvafiq addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti