Xəzər Xəbər

Goranboyda evə basqın edilib VİDEO

Naməlum şəxslər yaşlı ər - arvadı döyüblər
Veb TV | 20:06 • 10 Oktyabr 2023
Goranboyda evə basqın edilib

Goranboy rayonunun Qızılhacılı qəsbəsində gecə saatlarında mənzilə daxil olan naməlum şəxslər ev sakinlərini döyərək oğurluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, naməlum şəxslər 72 yaşlı Səməd Verdiyevə məxsus mənzilə mətbəxin pəncərəsindən daxil olublar.

Daha sonra ər və arvada hücum edərək onlardan pulların, qızılların yerini tələb ediblər.

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, naməlum şəxslər Səməd Verdiyevin əl - qolunu bağlayaraq ona daha çox xəsarət yetiriblər.

Qızılhacılı qəsəbə sakinləri xəbəri səhər saatlarında eşidiblər. Onlar ilk dəfədir qəsəbədə belə bir hadisəninin baş verdiyini bildiriblər.

Sakinlər bildirib ki, xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı hazırda təqaüdçüdürlər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar