Xəzər Xəbər

Yol qəzaları üç nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 19:50 • 10 Oktyabr 2023
Yol qəzaları üç nəfərin həyatına son qoydu

Yük avtomobilinin minik maşını ilə toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır  yol qəzası Abşeronda  baş verib.

Xırdalan şəhərində, Məhəmməd Əmin Rəsulzadə küçəsində Əfsər Hacıyevin idarə etdiyi yük avtomobili Ziyad İsmayılovun sükan arxasında olduğu minik maşını ilə toqquşub. Minik avtomobilinin sürücüsü Ziyad İsmayılov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəbələdə də ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gecə rayonunun Mirzəbəyli kəndində qeydə alınıb.

Burada isə minik avtomobili Xırxatala kənd sakini Hacıalı Zeynalovun idarə etdiyi mikroavtobusla toqquşub. Minik avtomobilində olan sərnişin, Ağdaş sakini 27 yaşlı Elşad Məmmədov hadisə yerində ölüb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücünün vəziyyəti isə orta ağırdır. Minik avtomobilindəkilərin hamısı Ağdaş rayon sakinləri olub.

Şəmkirdə isə minik avtomobili ilə vurulan azyaşlı qız 5 gün sonra xəstəxanada dünyasını dəyişib.

Ramin Həsənov idarə etdiyi minik avtomobili ilə rayonun Şiştəpə kəndində qohumuna məxsus evin qarşısında 2022-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Ağır xəsarətlər alan 1 yaş 5 aylıq qız ötən gün xəstəxanada vəfat edib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Bütün faktlarla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar