Xəzər Xəbər

Azərbaycanlı onlayn qumarda yarım milyon manat UDUZDU VİDEO

Veb TV | 21:55 • 9 Oktyabr 2023
Azərbaycanlı onlayn qumarda yarım milyon manat UDUZDU

Onlayn qumar oynayan azərbyaxcanlı yarım milyon manat uduzub.

Xezerxeber.az xəbər verir ki, ölkədə qumar oyunlarını təşkil etmək qanunla  qadağandır. Amma internetdə tez-tez qumar oyunları reklam edilir. Qaydalar isə çox  sadədir. Qeydiyyatdan keçmək üçün isə mobil nömrə və bank kartı məlumatları istənilir. Adını və soyadını açıqlamaq istəməyən bu şəxs də internetdə qumar oynayanlardan biridir. Sonradan qumar oynamaq onda asılılıq yaradıb.

Müsahib deyir ki, belə saytlardan tez-tez şirnikləşdirici təkliflər gəlir.

Ekspertlər bildirir ki, belə saytlar adətən xarici ölkələrdə açılır. Ancaq, respublika ərazisində belə saytlar aşkarlandıqda onlara giriş imkanları məhdudlaşıdırılır.

Qumar bəlasından xilas olmaq üçün isə reabilitasiya mərkəzlərinə son zamanlar edilən müarciətlərin sayında artım müşahidə edilir.

Hüquqşünas Elcan Həsənli bildirir ki, ölkədə icazə verilən qanuni idman mərc oyunlarından başqa istənilən həm canlı, həm virtual mərc oyunları qanunsuzdur.

Bu oyunların virtual şəbəkələrdə, onlayn platformalarda keçirilməsində 2 ildən 3 ilə qədər azadlıqdan məhrumetməyə qədər ağırlaşdırıcı cəzalar tətbiq oluna bilər.

Hüquqşünas bildirdi ki, bu oyunları oynayan şəxslər də məsuliyyət daşıyırlar. Onlar 3000 manatdək cərimə oluna bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar