Xəzər Xəbər

Seysmoloji Xidmətdən ZƏLZƏLƏ ilə bağlı YENİ AÇIQLAMA VİDEO

Veb TV | 21:30 • 9 Oktyabr 2023
Seysmoloji Xidmətdən ZƏLZƏLƏ ilə bağlı YENİ AÇIQLAMA

Son günlər dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Minlərlə insan ölür, çoxsaylı evlər dağılır. Təbii ki, bu cür hadisələrin baş verməsi insanları narahat edir. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən dırnaq araslı "proqnozlar" yayılır.

Bəs əslində real vəziyyət necədir? Doğrudanmı dünyada seysmik aktivlik artıb?

Xezerxeber.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə,  hər gün çoxlu xırda təkanlar təkcə Azərbaycanda deyil, dünyanın bütün seysmik zonalarında olur. Buna görə də zəlzələ ilə bağlı yanlış proqnozlara inanmamaq doğru deyil.

Azərbaycanda baş verən bir-iki zəlzələ zamanı telefonlara gələn bildirişlərə gəlincə mərkəz rəsmisi qeyd  edib ki,  son 2 ayda olan təcrübə göstərdi ki, gələn bildirişlərdə bəzən ərazi düzgün göstərilmir.

Xidmətdən onu da bildiriblər ki, dünyanın 90% əhali seysmogen bölgələrdə  yaşayırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar