Xəzər Xəbər

Gözəlləşim deyərkən həm pulundan, həm də gözəlliyindən oldu... VİDEO

Veb TV | 21:50 • 9 Oktyabr 2023
Gözəlləşim deyərkən həm pulundan, həm də gözəlliyindən oldu...

Gözəlləşim deyərkən həm pulundan oldu, həm də gözəlliyindən...

Xezerxeber.az xəbər verir ki, paytaxt sakini gözəllik salonlarının birindən saç alıb. Daha sonra elə həmin salonda qaynaq elətdirib. Hadisələr də bundan sonra baş verib.

Daha sonra xanım başına gələnlərlə bağlı saç aldığı salona müraciət etsə də, fərqli bir mənzərə ilə üzləşib. Ona dəyən maddi-mənəvi zərərin qarşılanmayacağı bildirilib.

Müsahibimiz bildirir ki, hətta saçı alan zaman ona zəmant verilib. Amma hazırda nə zəmantə baxan var, nə də pulunu qaytaran.

Məsələ ilə bağlı problemdə adı halllanan salona yollandıq. Saç satışı ilə məşğul olan xanım salonda olmasa da, onunla telefon əlaqəsi yaratdıq. Kəklik adlı xanım satılan saçın istifadədən sonra baş verə biləcək hansısa hadisələrə görə məsuliyyət daşımadığını bildirirb.

Başına gələn hadisə ilə bağlı müsahibimiz müvafiq orqanlara ərizə ilə şikayət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar